Azərbaycan millisinə 20 legioner çağırıldı
Gürcüstanın paytaxtı Tbilisidə qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 9-da start götürəcək hazırlıq prosesi 7 gün davam edəcək.

Siyasət Əsgərovun baş məşqçi olduğu komanda iyunun 11-də və 14-də Gürcüstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Yığmaya dəvət edilən 22 oyunçudan 20-si legionerdir.

Xəbər 392 dəfə oxundu.