"Keşlə" futbolçusu Şəhriyar Əliyev ilə müqaviləni yeniləyib
"Keşlə" klubu futbolçusu Şəhriyar Əliyev ilə müqaviləni yeniləyib.

29 yaşlı müdafiəçinin başa çatan müqaviləsinin müddəti artırılıb.

Azərbaycan millisinin oyunçusu daha bir il paytaxt təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Keşlə" daha əvvəl "Qəbələ"dən ayrılan Merab Giqauri ilə birillik müqavilə bağlayıb.

Xəbər 361 dəfə oxundu.