Boksçu Məhəmməd Abdullayev: Əsas hədəfimiz bütün turnirlərdən ölkəmizə qələbə ilə qayıtmaqdır
Məşqlərdə çəkdiyimiz zəhmətin bəhrəsini bu turnirdə gördük. Düzdür, yorğunuq, zədələnmişik, ancaq əsas odur ki, bütün boksçularımız məqsədlərinə nail oldular və Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazandıq.

İdmançı deyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi Qələbədən sonra biz idmançıların yalnız bir hədəfi var: iştirak etdiyimiz turnirlərdən ölkəmizə qələbə ilə qayıtmaq. Parisdə keçirilən Avropa Olimpiya təsnifat turnirindən də qələbə ilə qayıdırıq. Boksçularımızın hər biri yarışlara böyük məsuliyyətlə qatılmışdılar. Artıq turnir və yarışlara qalib xalqın idmançıları kimi qatılırıq. Buna görə də yalnız qələbə qazanmalıyıq”.

AZƏRTAC

Xəbər 445 dəfə oxundu.