"Səbail" legioneri ilə vidalaşdı
"Səbail" futbolçusu Ali Sisey ilə yollarını ayırıb.

Azsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, bu ilin yanvarından paytaxt təmsilçisinin formasını geyinən Ali Sisey 16 oyunda meydana çıxıb. Sierra Leonedən olan oyunçu daha əvvəl "Zirə"də çıxış edib.

Xəbər 367 dəfə oxundu.