Cüdoçumuz dünya çempionatına yarımfinala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Orxan Səfərov (66 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

1/4 finalda fransalı Kilian Le Bluku məğlub edən idmançının finala gedən yolda rəqibi yaponiyalı Yoşiro Maruyama olacaq.

Mübarizəyə 1/32 finaldan başlayan Səfərov ardıcıl olaraq, Natan Berns (İrlandiya), Sərdor Nurillayev (Özbəkistan) və Veyl Ezziyə (Əlcəzair) qalib gəlib.

Bu çəkidəki digər cüdoçu Nicat Şıxəlizadə isə startda Lüsian Dumitreskiyə (Rumıniya) uduzub.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda Tatyana Levitska - Şukvanidən (Gürcüstan) güclü olsa da, növbəti raundda Astrid Qneto (Fransa) ilə bacarmayıb.

Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.

"Report"

Xəbər 388 dəfə oxundu.