Daha bir pəhləvanımız olimpiya medalı qazandı
XXX Yay Olimpiya Oyunlarında yarışa səkkizdəbir final mərhələsindən qoşulan Azərbaycanın yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq) Olimpiya Oyunlarında Neven Zuqaçı (Xorvatiya), Zurabi Datunaşvilini (Gürcüstan) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə uduzan E.Əhmədov bürünc medal uğrunda mübarizəni davam etdirib.
Azərbaycan pəhləvanı üçüncü yer uğrunda görüşdə Belarus idmançısı Aleksandr Kikiniu ilə qarşılaşıb və qalib gəlib.

Bununla da idmançılarımızın XXX London Yay Olimpiya Oyunlarında qazandıqları medalların sayı hələlik 3-ə çatıb.

Xəbər 1631 dəfə oxundu.