Ədalətli Oyunlar Komissiyası Azad Rəhimovun məzarını ziyarət edib
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komisiyasının rəhbər heyəti və İcraiyyə Komitəsinin üzvləri, eləcə də Latviyanın Azərbaycan Respublikasındakı səfiri Dainis Qarançs II Fəxri Xiyabanda sabiq gənclər və idman naziri, mərhum Azad Rəhimovun məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Ziyarətçilər qeyd ediblər ki, gənclərin səmimi dostu və qayğıkeş insan olan Azad Rəhimov hər zaman xoş xatirələrlə xatırlanacaq.

Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) prezidenti Kristian Hinterberger, baş katib İoanis Psilopoulos, vitse-prezident, Türkiyə Ədalətli Oyunlar Komissiyasının prezidenti, BƏOK-un üzvü Ərdoğan Arıpınar, Latviya Ədalətli Oyunlar Komissiyasının rəhbəri Baiba Veisa, AzƏOK-a göndərdikləri məktubda Azad Rəhimovun vəfatından kədərləndiyini bildirib və dərin hüznlə başsağlığı veriblər.
Allah rəhmət eləsin!

Xəbər 397 dəfə oxundu.