Yunan-Roma güləşçilərimiz Macarıstanda təlim-məşq toplanışını davam etdirirlər
Yunan-Roma güləşçilərimiz Macarıstanda təlim-məşq toplanışını davam etdirirlər.

Olimpiadaya lisenziya qazanan Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında yerli komanda ilə birgə "Tokio-2020" Yay Olimpiya Oyunlarına hazırlığı intensiv şəkildə davam etdirirlər.

Mayın 25-dən bu ölkədə təlim-məşq toplanışa start verən pəhləvanlarımız həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.

Qeyd edək ki, toplanış başa çatdıqdan sonra hər iki güləşçimiz Polşanın paytaxtı Varşavada baş tutacaq (8-13 iyun) reytinq xarakterli beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Xəbər 369 dəfə oxundu.