Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib
İyunun 6-da futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Millimiz səfərdə Moldova yığmasının qonağı olub.

Kişineudakı “Zimbru” stadionundakı qarşılaşma meydan sahiblərin minimal hesabla qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolun müəllifi 8-ci dəqiqədə Vitaliy Damaşkan olub.

Qeyd edək ki, bu, iki kollektiv arasında sayca 11-ci görüş olacaq. İndiyədək baş tutan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.

Xəbər 354 dəfə oxundu.