Serxio Peres: Adətən Bakıda Formula 1 yarışları həyəcanlı olur
Adətən Bakıda Formula 1 yarışları həyəcanlı olur. Ən əsası onu deməliyəm ki, Maks Ferstappenə görə çox məyusam. O, yürüşə gözəl start vermişdi və çıxışı uğurla alınırdı. Əgər hər ikimiz mükafatçılar arasında olsaydıq, bu, daha yaxşı olardı.

Bunu Formula 1 Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing Honda” komandasının pilotu Serxio Peres bildirib.

Meksikalı pilot deyib: “Hər halda bu gün bizim üçün möhtəşəmdir. Yürüş boyu “Mercedes”in pilotu Luis Hamilton bolidini uğurla idarə edirdi. Bizim pit-stop da çox sürətli idi. Təbi ki, bunu “Mercedes”ə də aid etmək lazımdır. Bütün yürüş boyu Luis Hamiltonun təzyiqini hiss etdirdim”.

Qeyd edək ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peresin qələbəsi ilə başa çatıb. S.Peres Bakı şəhər halqasında 51 dövrəni hamıdan (1:44.703) başa vuraraq podyumda birinci pillənin sahibi olub.

İkinci yeri “Aston Martin” komandasının almaniyalı sürücüsü Sebastian Fettel (1:45.138) qərarlaşıb. “AlphaTauri” komandasının fransalı sürücüsü Pyer Qasli (1:45.588) isə yarışı üçüncü sırada tamamlayıb.

Xəbər 356 dəfə oxundu.