Formula 1 Azərbaycan Qran-Prisində bütün pilotlar bolidlərinin şinlərini dəyişiblər
Formula 1 Azərbaycan Qran-Prisində mübarizə aparan pilotların hamısı bolidlərinin şinlərini dəyişiblər.

Hazırda peletonda 19 pilot mübarizə aparır. Belə ki, “Alpine”nin pilotu Esteban Okon texniki problemlərə görə mübarizəni dayandırıb.

Peletona hazırda “Red Bull Racing Honda”nın pilotu Maks Ferstappen liderlik edir.

Hazırda pilotlar 21-ci dövrədə yarışırlar. Formula 1 Azərbaycan Qran-Prisində pilotlar 6 kilometrlik Bakı şəhər halqasında 51 dövrə vuracaqlar.

Xəbər 344 dəfə oxundu.