Ölkə çempionatı: Bu gün ilk turun iki oyunu keçiriləcək
Bu gün Premyer Liqada 2012/13 mövsümünün ilk turuna yekun vurulacaq. İkinci oyun günündə 2 matç baş tutacaq. Bu görüşlərin hər ikisi paytaxtda keçiriləcək.

Avroliqada mübarizəni dayandıran “Xəzər Lənkəran” “Rəvan”ın qonağı olacaq. Bakılıların türkiyəli yeni baş məşqçisi Cevat Gülər ölkəmizdə rəsmi debüt edəcək. Yeni futbolçular axtarışında olan “Xəzər Lənkəran” ilk tura öz oyunçuları ilə çıxmalı olacaq.

Turun mərkəzi matçı isə “İnter”lə “Qarabağ” arasında olacaq. Oyunları həmişə maraqlı keçən komandaların budəfəki dueli startda onların potensialına aydınlıq gətirəcək.

5 avqust
20:00 "Rəvan" - "Xəzər Lənkəran"
Baş hakim: Vüsal Əliyev
Bakı. "Dalğa Arena" stadionu

20:00 "İnter" - "Qarabağ"
Baş hakim: Fariz Yusifov
Bakı. "AZAL Arena" stadionu

4 avqust
"Simurq" - "Qəbələ" - 1:1
QOLLAR: İlkin Qırtımov, 66 - Dejan Kelhar, 21
QIRMIZI VƏRƏQƏ: Ürfan Abbasov (Qəbələ), 84
Baş hakim: Elçin Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

"Kəpəz" - "Turan" - 1:2
QOLLAR: İrakli Bereya, 13 - Murad Ağakişiyev, 39; Azər Məmmədov, 75
Baş hakim: Əliyar Ağayev
Gəncə. Şəhər stadionu

"Sumqayıt" – AZAL - 2:2
QOLLAR: Orxan Əliyev, 45; Pərdis Fərcad-Azad, 59 - Cavid Tağıyev, 15; Zohair Benouahi, 72
Baş hakim: Anar Salmanov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

Qeyd edək ki, “Neftçi” – “Bakı” isə təxirə salınıb.

Apasport.az

Xəbər 868 dəfə oxundu.