Cüdoçumuz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Tokio Olimpiadasına lisenziya xarakterli nüfuzlu yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb.

Turnirin birinci günündə mübarizəyə 4 cüdoçumuz qoşulub. Onlardan Kəramət Hüseynovun (60 kq) otuzikidəbir finalda Mohammad Raşnonezad (Beynəlxalq Cüdo Federasiyası), onaltıdabir finalda Nikolae Foça (Moldava), səkkizdəbir finalda Yaponiya təmsilçisi Ryuju Naqayamaya ilə qarşılaşmaları qələbə ilə başa çatsa da, dörddəbir finalda fransalı Valide Xyar (FRA) ilə görüşdə uduzub. Təsəlliverici qarşılaşmada monqolustanlı Unubold Lxaqbayamtsa qalib gələn cüdoçumuz üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb. K.Hüseynov bürünc medal uğrunda qazaxıstanlı Magzhan Şamsadin ilə mübarizə aparacaq. Onunla eyni çəkidə mübarizə aparan Davud Məmmədsoy startda Romarik Vend-Yam Budaya (Fransa) məğlub olub. Qadınlar arasında isə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva Rusiya təmsilçisi Sabina Gilyazovaya, Aişə Qrbanova isə ispaniyalı Julia Fiqqueroaya start görüşündə məğlub olublar.

Xəbər 365 dəfə oxundu.