Gimnastımız Misirdə gümüş medal qazanıb
Kişi idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvü Misirdə gümüş medala sahib olub.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, Qahirədə təşkil edilmiş idman gimnastikası üzrə dünya kuboku yarışlarında ölkəmizi Cavidan Babayev, Murad Ağarzayev və Sərvər Əliyev təmsil ediblər.

Təsnifat mərhələsində halqalarla çıxışına görə finala adlayan C.Babayev həlledici mərhələdə fəxri kürsünün ikinci pilləsinə yüksəlməyi bacarıb.

Sərbəst hərəkətlər üzrə finala vəsiqə qazanan M.Ağarzayev isə yekunda altıncı yerlə kifayətlənib.

Xəbər 374 dəfə oxundu.