Boksçumuz Alfonso Dominqes Tokio Olimpiadasına lisenziya qazanıb
Boks üzrə Azərbaycan milli komandası Tokio Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb.

Yığmamızın heyətində Tayfur Əliyev (57 kiloqram) və Cavid Çələbiyevin (63 kiloqram) ardınca Alfonso Dominqes (81 kiloqram) də bu uğura imza atıb.

Avropa Oyunlarının qalibi Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə “Tokio-2020”də iştirak hüququna sahib olub. O, dörddəbir finalda İmam Xatayevi (Rusiya) məğlub edib.

Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.

Qeyd edək ki, iyunun 4-də start götürən yarış ayın 8-də başa çatacaq.

Xəbər 801 dəfə oxundu.