Fransanın “L`Equipe” jurnalı Formula 1 Azərbaycan Qran-Prisindən geniş reportaj hazırlayıb
Fransanın “L`Equipe” jurnalında Formula 1 Azərbaycan Qran-Prisi haqqında geniş məqalə dərc olunub.

Fransanın ixtisaslaşmış idman nəşrində - “L’Equipe” jurnalı Formula 1 üzrə dünya çempionatının - Azərbaycan Qran-Pri yarışları haqqında geniş məlumat dərc edilib.

Məqalədə Bakı şəhər halqasında sınaq yarışları, eləcə də pilotlar haqqında məlumat verilib.

Yazıda “Red Bull Racing”in pilotu Maks Ferstappen və “Mersedes” komandasının sürücüsü Luis Hamilton ilə müsahibələrdə yer alıb.

Məqalədə Formula 1 Azərbaycan Qran-Prisinə dair fotolar da oxuculara təqdim olunub.

Xəbər 344 dəfə oxundu.