Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda növbəti qəza baş verib
Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turunda növbəti qəza baş verib.

Qəza yenə 15-ci döngədə olub. Bu dəfə “Alfa Romeo”nun üzvü Antonio Covinatsi sürəti tənzimləyə bilməyərək qoruyucu sədlə toqquşub.

Daha əvvəl “Aston Martin” komandasının pilotu Lans Stroll 15-ci döngədən çıxarkən bolidi səddə çırpılıb. Təkəri zədələnən kanadalı pilotun bolidi yararsız hala düşüb.

Yürüş iştirakçıları bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.

İyunun 6-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.

Xəbər 332 dəfə oxundu.