"Ferrari" pilotu Bakıda törətdiyi qəzadan danışdı | |
"Ferrari" pilotu Şarl Lekler "Formula 1" üzrə Azərbaycan Qran-prisində törətdiyi qəzadan danışıb. 24 yaşlı sürücü sərbəst yürüşlərdə tempin ümidverici olduğunu bildirib. O, yarışın növbəti günündə rəqabətə davamlı olmaq üçün çalışacaqlarını söyləyib: "Boliddə özümü rahat hiss edirdim. Yəqin ki, əyləc baxımından hər şeyin çox rahat olduğunu düşündüm. Nəticədə 15-ci döngədə qəza baş verdi. Qran-prinin ikinci günündə hansı nəticənin qeydə alınacağını isə birlikdə görəcəyik". Qeyd edək ki, Şarl Lekler iyunun 4-də ikinci sərbəst yürüşdə təhlükəsizlik maneəsinə çırpılıb. Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Bu gün "Formula-2"də sprint yarışları, həmçinin "Formula-1"də üçüncü sərbəst yürüş və sıralama turu olacaq. "Report" |
|
Xəbər 337 dəfə oxundu. |
|
|