Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində “EBSL-2021” Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, millimizin seçmə mərhələdə qarşılaşacağı rəqiblər müəyyənləşib. Futbolçularımız iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.

Xəbər 333 dəfə oxundu.