Maks Ferstappen: “Bakı şəhər halqasında manevr etmək üçün daha çox yer var“
Bakı şəhər halqası digər treklərdən, xüsusilə Monakodakından çox fərqlidir. Monako trekinin daha çətin olduğunu düşünürəm. Bakı şəhər halqasında isə manevr etmək üçün daha çox yer var.

Bunu “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen Formula 1 saytına açıqlamasında deyib.

Bakı trekinin sürüşkən olduğunu vurğulayan pilot deyib: “Elə görünür ki, bu həftə sonu külək də bir amil rolunu oynayacaq. Həmişə yarış ərəfəsində bir az xaos olduğu görünür. Ancaq yaxşı balans tapan kimi, çox uğurlu nəticə əldə edə biləcəyimizə inanıram”.

AZƏRTAC

Xəbər 328 dəfə oxundu.