Bakı trasında sürətli hərəkət etmək üçün parametrlərin düzgün balansını tapmaq vacibdir
Qarşıda bizi mövsümün altıncı mərhələsi - COVID-19 pandemiyası səbəbindən keçən il baş tutmayan Azərbaycan Qran-Prisi gözləyir. Bakı trasının da bir həftə yarım bundan əvvəl Maks Ferstapenlə birgə qalib gəldiyimiz Monako trası kimi şəhər tipli olmasına baxmayaraq, tamamilə fərqli xüsusiyyətlərə malikdir. Belə ki, Bakı trasında effektiv hərəkət etmək üçün parametrlərin düzgün balansını tapmaq vacibdir.

Bu sözləri müsahibəsində “Honda”nın Formula 1 üzrə texniki direktoru Toyoharu Tanabe Bakıda keçiriləcək Azərbaycan Qran-Prisi üçün texniki mütəxəssislərin hazırlanmasından danışarkən bildirib. O qeyd edib ki, Bakıda dairə altı kilometrdən bir az uzundur və bu da təqvimdəki ən uzun yollardan biridir. Astasürətli döngələrdən düz yola keçərkən sürətli yolda yanacaq sərfiyyatını izləmək vacibdir. Həmişə olduğu kimi, parametrləri seçərkən bu mövsümün əvvəlki mərhələlərində və 2019-cu ildə yarış zamanı əldə edilən məlumatları nəzərə alacağıq.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da keçiriləcək.

AZƏRTAC

Xəbər 353 dəfə oxundu.