"Alpine" komandasının pilotları Bakı şəhər halqasında gəzintiyə çıxıblar
Formula 1 üzrə dünya çempionatında çıxış edən "Alpine" komandasının əməkdaşları iyunun 3-də Bakı şəhər halqasında gəzintiyə çıxıblar.

Gəzintidə komandanın mühəndisləri ilə yanaşı, pilotlar - Fernando Alonso və Esteban Okon da iştirak ediblər.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.

Xəbər 368 dəfə oxundu.