Aleksandrov 5-ci oldu
Bu gün XXX Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışlarında 1 nəfərlik qayıqla (M1X) 2000 m məsafəyə yürüşün qalibləri müəyyənləşib.

Final mərhələsində Azərbaycan milli komandasının üzvü Aleksandr Aleksandrov da mübarizə aparıb. İdmançımız 1 yürüş zolağında gücünü yoxlayıb.

22 yaşlı təmsilçimizin rəqibləri Lassi Karonen (İsveç), Ondrej Sinek (Çexiya), Mahe Dirsdal (Yeni Zelandiya), Alan Kampbell (Böyük Britaniya) və Marsel Haker (Almaniya) olub. Təəssüf ki, Aleksandrov finiş xəttinə 5-ci çatıb.

Olimpiya çempionu Yeni Zelandiya təmsilçisi olub. İkinci yer Çexiyalı, üçüncü pillə isə böyük britaniyalı avarçəkənə qismət olub.

Xəbər 1265 dəfə oxundu.