Beynəlxalq hakimlər seminarı keçiriləcək
Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsinin sədri, həmçinin Tokio Olimpiadasında karate yarışlarının baş hakimi Havier Eskalante Bakıda səfərdədir.

WKF rəsmisi 4 İyunda milli hakimlər üçün beynəlxalq seminar keçirəcək. Tokio Yay Olimpiya Oyunlarının karate yarışlıarını idarə etməyə təyin edilən 15 beynəlxalq hakimdən biri Cahangir Babayev isə seminarda H.Eskalanteyə assitentlik edəcək.

Pandemiya şəraitində toplanmaq qaydaları ilə əlaqədar regionlardan olan hakimlər seminara internet yayımı ilə qatıla biləcəklər. Seminar iştirakçılarına beynəlxalq sertifikatlar təqdim ediləcək.

Xəbər 360 dəfə oxundu.