Formula 1 Azərbaycan Qran-Prisi Türkmənistanın “Sport” telekanalı ilə canlı yayımlanacaq
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi Türkmənistanın “Sport” dövlət telekanalı ilə canlı yayımlayacaq.

“Türkmenportal.com” saytı yarışın cədvəlini oxuculara təqdim edib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da keçiriləcək. Bakı 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir.

Xəbər 266 dəfə oxundu.