Maks Ferstappen: “Mercedes” Bakıda yenidən irəlidə olacaq
“Red Bull Racing”in pilotu Maks Ferstappen “Sport and Talk from Hangar-7” proqramında iştirak edərək, Monakoda bu yaxınlardakı qələbəsindən və Luis Hemiltonla mübarizəsindən danışıb.

Maks Ferstappen deyib: “Komanda Monakoda həftəsonunu əla keçirdi. İndi mənim liderə çatmağıma ehtiyac yoxdur, əksinə məni ötməyə çalışacaqlar. Əvvəllər Monakoda yürüşlər mənim üçün uğursuz alınırdı, bəzən səhvlərə yol verirdim. Hər şey alınmırdı. İndi isə “Mercedes”in Monakoda buraxdığı səhvlər sayəsində biz həm şəxsi hesabda, həm də Konstruktorlar Kubokunda liderik. Biz Luis ilə maraqlı mübarizə aparırıq. “Mercedes” güclü rəqib olaraq qalmaqdadır. Əminəm ki, “Mercedes” bolidləri Bakıda yenidən irəlidə olacaq”.

Xatırladaq ki, Formula 1 çempionatının Azərbaycan Qran-Prisi iyunun 4-6 tarixlərində Bakı şəhər halqasında keçiriləcək.

AZƏRTAC

Xəbər 368 dəfə oxundu.