Mik Şumaxer: "Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirəm"
Mik Şumaxer: Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirəmMik Şumaxer
"Bakıdakı tras Monakodakından fərqlidir. Azərbaycandakı yarışı səbrsizliklə gözləyirəm".

Bu fikirləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Mik Şumaxer Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

22 yaşlı sürücü Bakıdakı trasın möhtəşəm olduğunu bildirib: "2019-cu ildə burada "Formula 2"də yarışdım, möhtəşəm idi. Mübarizəyə yaxşı start vermək önəmlidir. Rəqiblərdən geri qalmamaq üçün sıralama turlarında yaxşı nəticə göstərməlisiniz".

Mik Şumaxer Bakıda ilk dəfə "Formula 1" bolidi ilə yarışacağını sözlərinə əlavə edib: "Bu bolidlər "Formula 2"dəki maşınlardan daha sürətlidir. Əvvəl bu trasda yaxşı çıxış etmişəm və podiuma çıxmaq şansım var idi. Sıralamada səhvə yol verdim və kənarda qaldım. Bazar günü isə həlledici mərhələdə 5-ci yerlə kifayətləndim".

Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 - 6 iyunda keçiriləcək.

"Report"

Xəbər 367 dəfə oxundu.