Bu gün şahmatçımız Cəbəllütariq Qran-Prisinin sonuncu turunda mübarizə aparacaq
İyunun 2-də Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Prinin sonuncu – 11-ci turunda iştirak edəcək.

Bu turda şahmatçımız almaniyalı Elisabet Paets ilə görüşəcək.

Sonuncu turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya bolqarıstanlı Antoaneta Stefanova, Valentina Qunina gürcüstanlı Nana Dzaqnidze, Katerina Laqno ukraynalı Anna Muzıçuk ilə mübarizə aparacaqlar. Qazaxıstan təmsilçiləri - turnir cədvəlinin favoriti Jansaya Abdumalik (8 xal) ukraynalı Mariya Muzıçuk, Dinara Saduakassova isə rumıniyalı İrina Bulmaqa ilə qarşılaşacaqlar.

G.Məmmədzadə ötən 10 turdan sonra 6 xalla 3-4-cü yerləri bölüşür.

Xəbər 349 dəfə oxundu.