Millimizin matçı moldovalı hakimlərə tapşırıldı
Futbol üzrə Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

Azsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına həvalə edilib.

Baş hakim Dumitru Munteana, Vadim Vikol və Vladislav Lifciu kömək edəcək.

Qeyd edək ki, bu gün Minskdəki "Dinamo" Milli Olimpiya Stadionundakı matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər 336 dəfə oxundu.