Qran-Pri turnirində Günay Məmmədzadə Qazaxıstan şahmatçısı ilə heç-heçə edib
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə növbəti qarşılaşmasını keçirib.

Turnirin başa çatmasına bir tur qalmış şahmatçımız yarışın autsayderlərindən biri olan Qazaxıstan təmsilçisi Dinara Saduakassova ilə heç-heçə edib.

Şahmatçımız 9 turdan sonra 6 xalla 3-4-cü yerləri bölüşür.
Onuncu turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya gürcüstanlı Nana Dzaqnidze, Katerina Laqno Qazaxıstanın digər təmsilçisi Jansaya Abdumalik ilə heç-heçə ediblər, Valentina Qunina isə ukraynalı Mariya Muzıçuka uduzub. Ukraynanın digər təmsilçisi Anna Muzıçukun rumıniyalı İrina Bulmaqa, bolqarıstanlı Antoaneta Stefanovanın isə almaniyalı Elizabet Paets ilə qarşılaşmaları heç-heçə başa çatıb.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Xəbər 355 dəfə oxundu.