“Sabah” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb
“Sabah” klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Müqaviləyə əsasən, müdafiəçi Bəxtiyar Həsənalızadə növbəti mövsümdə də komandanın formasını geyinəcək. Ötən ilin dekabrında “Sabah” klubuna transfer edilən 26 yaşlı futbolçu bu komandanın heyətində 8 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Sabah” Xulio Rodriges ilə də müqavilənin müddətini uzadıb. Daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Dmitro Klots və Kevin Kubemba ilə yollarını ayıran “Sabah” klubu “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.

Xəbər 368 dəfə oxundu.