FIFA prezidenti “Neftçi” klubunu Azərbaycan çempionu olması münasibətilə təbrik edib
FIFA prezidenti Cianni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, C.İnfantino məktubda “Neftçi” klubunu Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün qalibi olması münasibətilə təbrikini və xoş sözlərini bu işdə əməyi olan hər kəsə çatdırılmasını xahiş edib.

Xəbər 355 dəfə oxundu.