Cəbəllütariq Qran-Prisinin növbəti turunda Günay Məmmədzadənin rəqibi Qazaxıstan şahmatçısı olacaq
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə mübarizəni inamla davam etdirir.

İyunun 1-də - turnirin başa çatmasına bir tur qalmış şahmatçımız yarışın autsayderlərindən biri olan Qazaxıstan təmsilçisi Dinara Saduakassova (2,5 xal) ilə mübarizə aparacaq.

Şahmatçımız 9 turdan sonra 5,5 xalla 2-4-cü yerləri bölüşür.

Onuncu turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya gürcüstanlı Nana Dzaqnidze, Katerina Laqno Qazaxıstanın digər təmsilçisi, turnir cədvəlinin favoriti (7,5 xal) Jansaya Abdumalik, Valentina Qunina ukraynalı Mariya Muzıçuk ilə qarşılaşacaqlar. Ukraynanın digər təmsilçisi Anna Muzıçuk rumıniyalı İrina Bulmaqa, bolqarıstanlı Antoaneta Stefanovaya isə almaniyalı Elizabet Paets ilə üz-üzə gələcəklər.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Xəbər 344 dəfə oxundu.