“Hapoel” Bakıya arxayın gəlir

Hər dəfə ölkəmizin təmsilçisi İsrail klubu ilə üz-üzə gələndə, Azərbaycan klublarının avrokuboklarda ilk uğuru yada düşür. 1999-cu ildə «Qarabağ» səfərdə Müşfiq Hüseynovun vurduğu iki estetik qol sayəsində İntertoto Kubokunda mərhələ adlamışdı.
O vaxtdan bu yana klublarımız İsrail təmsilçiləri ilə görüşlərdə uğur qaxana bilmirlər. Açığı, bu dəfə «Neftçi»yə ümidlər böyük idi. Əlbəttə, oyun planında Azərbaycan çempionunda çatışmazlıqlar çoxdur. Rəqibin oyununu az-çox izləmək imkanı əldə etdiyimdən, bu matç ərəfəsində «Neftçi»ni israillilərin əvvəlki rəqibi «Jilina» milə müqayisə etməyim təsadüf deyildi. Yəqin ki, komanda da ən azı bir bu qədər rəqibdən məlumatlı olmalı idi. Doğrusu, baş məşqçini əvəz edən tərlan Əhmədovun bu istiqamətdə müəyyən tapşırıqlar verdiyini ilk iyirmi dəqiqə ərzində hiss etmək olurdu. Lakin birinci 10 dəqiqədə komandamızı rəqibi qapısına iki dəfə zərbə endirmək imkanı əldə etdikdən sonra meydanda vəziyyət «ağ-qaralar»ın xeyrinə inkişaf etmək əvəzinə tam tərsinə oldu.
«Neftçi» ən qısa müddətdə pərən-pərən düşdü. Bu dəqiqələrdə komandanın xilaskarına çevrilmiş qapıçı Rauf Mehdiyevlə bir epizodda boş qapıya yönələn topu dəf edən müdafiəçi Mitreski sonradan əsl antiqəhrəmana çevrildilər. Penalti Mitreskinin ayağına yazıldı, sonra qapıçı kobud səhvlər etdi, ardınca məhz Mitreskinin idarəetmə əvzəinə arxa cxətti tam hərc-mərclik məkanına çevirməsi sayəsində komanda tarixində ən böyük hesablı olmasa da, ən acı, məğlubiyyətlərdən birini aldı.
Komandanın transfer bazarında ölkə çempionatındakı rəqibləri ilə müqayisədə az-çox erkən tərpənməsini qeyd etsək də, buna qədər də iddialı olmaq üçün daha sanballı futbolçular almalı olduğunu xüsusi vurğulamışdıq. Təəssüf ki, daha bir şans dövrü belə əldən verildi. Sözsüz ki, hələ heç nə itirilməyib. Qarşıda Avropa Liqasının pley-off mərhələsi var.

BATI YAR

«Hapoel Kiryat Şmona» (İsrail) – «Neftçi» (Azərbaycan). 4:0 (1:0)

1 avqust. Hayfa. «Kiryat Eliezer” stadionu. 4.000 tamaşaçı.

Hakimlər: Alan Kelli, Dəmyen Makqreyt, Mark Duqlas (İrlandiya).

Qol: Badaş, 42-pen., Abihazira, 52, Gersiçiç, 70, 76.

Sarı vərəqə: Hassarmi, 32, Badaş, 73, Sedek, 90+1// Mitreski, 23.

«Neftçi»: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Elvin Yunuszadə, Erik Ramos, Brunu Bertuççi, Rəşad Ə.Sadiqov, Cavid İmamverdiyev (Mirhüseyn Seyidov, 59), Flavinyu (Araz Abdullayev, 80), Culius Vobay, Nikolas Kanales.

Baş məşqçi əvəzi: Tərlan Əhmədov.

Cavab görüşü
8 avqust. 21:00. Bakı. «Dalğa Arena»
Referi: Gediminas Majeyka (Litva).

Xəbər 1199 dəfə oxundu.