"Sabah" klubu paraqvaylı hücumçusu ilə müqaviləni yeniləyib
"Sabah" klubu futbolçusu Xulio Rodrigeslə müqavilənin müddətini uzadıb.

31 yaşlı hücumçu ilə birillik anlaşma əldə olunub.

Paraqvaylı oyunçu ötən ilin fevralında "Sabah"a keçib. O, başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Sabah" daha əvvəl Təmkin Xəlilzadə, Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Dmitro Klots və Kevin Kubemba ilə də vidalaşıb. Klub “Zirə”dən Elvin Camalovu heyətinə qatıb.

Xəbər 352 dəfə oxundu.