FIDE-nin yeni reytinq siyahısında şahmatçılarımızın mövqeləri dəyişməyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il iyunun 1-nə olan reytinq siyahısını açıqlayıb.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməz qalıb. Ş.Məmmədyarov dünya reytinqində 2770 xalla səkkizinci pilləni tutur. T.Rəcəbov isə 2765 xalla onuncu yerdədir.

Digər şahmatçılarımız Nicat Abbasov və Qədir Hüseynov (2665) 72-73-cü, Rauf Məmmədov (2654) 89-cu pillədədir.

Kişi şahmatçıların reytinq siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.

Qadın şahmatçılarımızın reytinqində isə Azərbaycanın üç zəka ustası ilk 100-lükdə qərarlaşıb. Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 80-ci, Xanım Balacayeva (2376) isə 89-cu yerdədirlər.

Qadın şahmatçılar arasında birinci pillədə çinli Yifan Hou (2658) yer alıb.

Xəbər 367 dəfə oxundu.