Filippində Olimpiya Oyunlarında iştirak edəcək idmançıların vaksinasiyasına başlanılıb
Filippində Tokio Olimpiya Oyunlarına qatılacaq idmançılara və digər iştirakçılara peyvənd vurulmasına başlanılıb.

Təqribən 500 nəfərə Çinin “Sinovac Biotech” şirkətinin peyvəndlərinin birinci dozası vurulub.

Filippin hökuməti Tokio Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq idmançıların və rəsmi şəxslərin peyvəndlənməsinə prioritet məsələ hesab edir. Bununla yanaşı, Vyetnamda cari ilin noyabrında keçiriləvək beynəlxalq idman tədbirinə qatılacaq səhiyyə işçilərinin, idmançıların və digər iştirakçıların da peyvəndlənməsi nəzərdə tutulub.

Filippin Olimpiya Komitəsinin yaydığı məlumata görə, Tokio Olimpiya Oyunlarına qatılacaq idmançıların əksəriyyətinə peyvənd artıq vurulub. İdmançılardan bəzilərinin ABŞ-da və digər ölkələrdə peyvənd qəbul etdiyi də bildirilir.

Xəbər 350 dəfə oxundu.