“Bet365” bukmeker kontoru Formula 1 Azərbaycan Qran-Prisində qələbə mərclərinin kursunu dərc edib
“Bet365” bukmeker kontoru Formula 1 Azərbaycan Qran-Prisində qələbə mərclərinin kursunu dərc edib.

Qarşıdakı mərhələdə aşkar favoritlər yoxdur: Lyuis Hemiltonun (“Mercedes”) və Maks Ferstappenin (“Red Bull Racing”) Bakıda uğur qazanma şansları praktiki olaraq eyni qiymətləndirilir. Onların komanda yoldaşları Valtteri Bottas və Serxio Peresin perspektivləri isə bukmekerlərin fikrincə, o qədər də ümidverici deyil.

Maks Ferstappen Monako Qran-Prisindən sonra şəxsi birincilik siyahısında hamıdan öndədir, lakin bukmekerlər titul uğrunda mübarizədə Hemiltonu favorit hesab edirlər.

Konstruktorlar kubokunda “Red Bull Racing” liderdir. Buna baxmayaraq, bukmekerlər “Mercedes”in qələbəsinə ən kiçik əmsal verirlər.

Xəbər 539 dəfə oxundu.