Norveçin “Vaypers” klubu ilk dəfə Çempionlar Liqasının qalibi olub
Norveçin qadın həndbolçulardan ibarət "Vaypers" klubu Çempionlar Liqasının qalibi olub.

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan "Dördlər finalı"nın həlledici görüşündə Norveç klubu Fransanın "Brest" komandası ilə qarşılaşıb. Rəqibini 34:28 hesabı ilə məğlub edən "Vaypers" tarixdə ilk dəfə nüfuzlu turnirin qalibi adını qazanıb.

Oyunun məhsuldar oyunçusu Norveç təmsilçisinin üzvü Henni Ella Reystad olub. Belə ki, həndbolçu final oyununda rəqib qapısından 9 top keçirib.

"Vaypers" Çempionlar Liqasının 2018-2019-cu il mövsümündə bürünc medal qazanıb. "Brest" klubu isə ilk dəfə "Dördlər finalı"nda iştirak edib.

Xəbər 410 dəfə oxundu.