“İnter”in Premyer Liqada mübarizəyə hansı stadionda başlayacağı müəyyənləşib
“İnter”in Premyer Liqada mübarizəyə hansı stadionda başlayacağı müəyyənləşib. “Bankirlər” avqustun 5-də “Qarabağ”la ev oyununu “AZAL Arena”da keçirəcək. “İnter”in stadionu olan “Şəfa”da aparılan təmir işləri ilə əlaqədar 21-ci milli çempionata Şüvəlanda başlamalı olacaq. Komanda dünən orada məşq edib.

Qeyd edək ki, “Şəfa”da təmir işləri ölkəmizdə sentyabrın 22-də start götürəcək 17 yaşadək qızlar arasında yığma komandalar arasında dünya çempionatının başlanmağınadək yekunlaşacaq və orada final mərhələsinin bir neçə matçı olacaq.
Apasport.az

Xəbər 903 dəfə oxundu.