Qran-Pri turnirində Günay Məmmədzadə liderlər qrupunda mübarizə aparır
Cəbəllütariqdə qadın şahmatçılar arasında Qran-Pri turnirində Azərbaycan şahmatçısı Günay Məmmədzadə mübarizəni inamla davam etdirir.
Şahmatçımız səkkizinci turda Rusiya təmsilçisi Katerina Laqno ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan G.Məmmədzadə rəqibi üzərində qələbə qazanıb. Bununla da xalların sayını 5,5-ə çatdıran Günay Məmmədzadə bu nəticə ilə 2-3-cü yerləri bölüşür.
Turun digər oyunlarında rusiyalı digər şahmatçılar Valentina Qunina rumıniyalı İrina Bulmaqaya qalib gəlib, Alina Kaşlinskaya isə qazaxıstanlı Jansaya Abdumalikə uduzub. Qazaxıstanın digər təmsilçisi Dinara Saduakassova isə bolqarıstanlı Antoaneta Stefanovaya məğlub olub. Ukrayna təmsilçiləri Mariya Muzıçuk gürcüstanlı Nana Dzaqnidze, Anna Muzıçuk isə almaniyalı Elisabet Paets ilə heç-heçə ediblər.
On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

Xəbər 352 dəfə oxundu.