İki güləşçimiz U-15 Avropa çempionatında gümüş medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-15 Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.
Qitə birinciliyində ölkəmizi təmsil edən idmançılardan ikisi fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (38 kiloqram) və Rinat Nuriyev (62 kiloqram) Avropa çempionatını gümüş medalla başa vurublar.
Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakimimiz Bəşir İsazadə ədaləti qoruyub.


Xəbər 380 dəfə oxundu.