“The FTX Crypto Cup”: Bu gün finalçıların adları müəyyənləşəcək
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirinin final mərhələsinin iştirakçıları mayın 29-da müəyyənləşəcək.

Bu gün şahmatçılar yarımfinalın dörd partiyadan ibarət ikinci dövrəsində üz-üzə gələcəklər. Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarımfinalda Maqnus Karlsen ilə həlledici mərhələdə - cavab qarşılaşmasında mübarizə aparacaq. Qalib müəyyənləşməsə şahmatçılar tay-brekdə oynayacaqlar. Qeyd edək ki, şahmatçıların yarımfinalın birinci dövrəsindəki görüşü heç-heçə başa çatıb.

Digər yarımfinal qarşılaşmasında isə ABŞ şahmatçısı Uesli So yarımfinalın birinci mərhələsində məğlub etdiyi Rusiya təmsilçisi Yan Nepomnyaşi ilə cavab oyunu keçirəcək.

“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.

Xəbər 345 dəfə oxundu.