Azərbaycan millisi xatirə turnirində ikinci olub
Kiyevdə Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinə yekun vurulub.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası turnirdə keçirdiyi ilk oyunda Ukrayna yığması üzərində 1:0 hesablı qələbə qazansa da, ertəsi gün Özbəkistan yığması ilə qarşılaşmada eyni hesabla məğlub olub.

Turnirin son oyununda Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edən Özbəkistan komandası xatirə turnirinin qalibi olub. Milli komandamız isə ikinci yeri tutub.

Xəbər 365 dəfə oxundu.