Azərbaycan gimnastı Vladimir Dolmatov aerobika gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
Azərbaycan gimnastı Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib.

Təmsilçimizin kişilərin fərdi proqramında çıxışı hakimlər tərəfindən 21 xalla qiymətləndirilib. Təsnifat mərhələsində yeddinci olan gimnastımız həlledici mərhələyə adlayıb.
Finalda təmsilçimiz ilə yanaşı, Roman Semyonov (Rusiya, 22,050 xal), Migel Mane (İspaniya, 21,750 xal), Lukas Barboza (Braziliya, 21,750 xal), Qabriel Bokser (Rumıniya, 21 500 xal), Antonio Papazov (Bolqarıstan, 21.400 xal), İlya Ostapenko (Rusiya, 21.100 xal) və David Naççi (İtaliya, 20.950 xal) də çıxış edəcəklər.
Mayın 29-dək davam edəcək yarışda 22 ölkədən171 gimnast birincilik uğrunda mübarizə aparır.


Xəbər 387 dəfə oxundu.