"Qəbələ" U-17 kubokunun qalibi olub
AFFA tərəfindən təşkil olunan futbol üzrə U-17 kubokunun qalibi müəyyənləşib.
"ASCO Arena"da keçirilən final oyununda “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəliblər.
Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb.
Penalti seriyasını daha dəqiq yerinə yetirən “Qəbələ” 5:4 hesablı qələbə qazanaraq U-17 kubokunun qalibi olub.
Mükafatlandırma mərasimində veteran futbolçu Yunis Hüseynov, AFFA-nın kütləvi futbol departamentinin müdiri Fərrux İsmayılov və aşağı yaş qrupları üzrə milli komandaların koordinatoru, eyni zamanda, U-16 milli komandasının baş məşqçisi Miloş Velebit iştirak ediblər.


Xəbər 374 dəfə oxundu.