U15 Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşçilərimiz müəyyənləşib
Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

Mayın 30-dək davam edəcək qitə birinciliyində ölkəmizi yunan-Roma güləşi üzrə müvafiq komandamız təmsil edəcək.
Məşqçilər Əbülfət Məmmədov və İlham Vəzirovun rəhbərliyi ilə 12 yeniyetmə pəhləvanımız məsul yarışda qüvvəsini sınayacaq.
Heyətdə Elşad Abbasov, Turan Daşdəmirov (hər ikisi 38 kq), Emin Cavadlı (41 kq), Murad Əliyev, Nurlan İbadzadə (hər ikisi 44 kq), Ömər Məmmədli, Tural Əhmədov (hər ikisi 52 kq), Məhəmməd Əliyev, Həmzə Rəsulzadə (hər ikisi 57 kq), Rinat Nuriyev, Əli Məlikov (hər ikisi 62 kq) və Orxan Hacıyev (75 kq) yer alıb.
Mayın 28-də klassik güləşdə mübarizəyə start veriləcək. Növbəti gün medalçılar müəyyənləşəcək.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Avropa çempionatında ədaləti qoruyacaq.


Xəbər 386 dəfə oxundu.