Türkiyə və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb
Bu gün yoldaşlıq görüşündə üz-üzə gələcək futbol üzrə Türkiyə və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb.
Canni De Byazinin başçılıq etdiyi millimiz Türkiyə yığmasının qonağı olacaq.
Yığmamızın start heyətində Emil Balayev, Qara Qarayev, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Ramil Şeydayev, Abbas Hüseynov, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Anton Krivotsyuk və İsmayıl İbrahimli yer alıblar.
Türkiyə seçməsinin ilk on birliyində Altay Bayındır, Mərt Müldür, Merih Demiral, Çağlar Söyüncü, Cengiz Ünder, Halil İbrahim Dervişoğlu, Halil Akbunar, Taylan Antalyalı, Rıdvan Yılmaz, Orkun Kökçü və Kaan Ayhan meydana çıxacaqlar.
Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Kosovodan olan hakimlər briqadası idarə edəcək.

Xəbər 375 dəfə oxundu.