Azərbaycan millisi Özbəkistan yığması ilə qarşılaşacaq
Iyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukrayna Futbol Federasiyasının Kiyevdə təşkil etdiyi Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib.
Ukrayna yığması ilə qarşılaşan millimiz 1:0 hesabı ilə qələbə qazanıb. U-21-in heyətində 17-ci dəqiqədə Musa Qurbanlı fərqlənib.
Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək. Turnirdəki son oyununda futbolçularımız Özbəkistan yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər 363 dəfə oxundu.