ADBTİA Azərbaycan İdman Könüllüləri ilə əməkdaşlıq edəcək
Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə Azərbaycan İdman Könüllüləri İctimai Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu Akademiyanın rektoru Fuad Hacıyev və İctimai Birliyin idarə heyətinin sədri Miraqil Seyidzadə imzalayıblar.

Sənədin imzalanması münasibətilə təşkil edilən onlayn toplantıda Akademiya və İctimai Birliyinin rəhbərliyi, ADBTİA-nın tələbə və müəlllim heyəti, eləcə də idman könüllüləri iştirak ediblər.

Tədbirdə çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, idman könüllüləri ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq yarış və tədbirlərdə daim fəallıqları ilə seçiliblər və həmişə təşkilatçılara böyük dayaq olublar. Rektor Akademiyanın fəaliyyəti və yeniliklər barədə də məlumat verib.

Gənclər və İdman Nazirliyi İdman Şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov da İdman könüllülərinin fəaliyyətindən danışaraq qeyd edib ki, idman könlllüəri artıq ölkə idman ictimaiyyətinin aparıcı qüvvəsinə çevriliblər və bu gün ölkədə təşkil edilən tədbirləri onlar olmadan təsəvvür etmək mümkün deyil.

"Azərbaycan İdman Könüllüləri" İctimai Birliyi İdarə Heyətinin sədri Mirqail Seyidzadə isə təşkilat barədə məlumat verərək görülən və planlaşdırılan işlər barədə danışdı.

Tədbirdə qeyd edildi ki, ADBTİA ilə Azərbaycan İdman Könüllüləri arasında imzalanan memorandum bu iki təşkilat arasında sıx əməkdaşlığın təməli olacaq.
Tədbirin sonunda sənəd imzalandı.

Xəbər 446 dəfə oxundu.